"Boeing 787 Dreamliner" | |
---|---|
Tipi | Sərnişin |
Hazırlayan | Boeing |
İstehsalçı | ABŞ |
Dizayner | "Boeing" |
İlk uçuş | 15 dekabr 2009 |
İstismara verilmə tarixi | 26 oktyabr 2011 |
İstismarçılar | "All Nippon Airways" |
Buraxılış sayı | 7 – sertifikatlaşdırma üçün istifadə olunur, sertifikatlaşma bitdikdən sonra sifarişçilərə 23 ədəd veriləcək |
Vahidinin qiyməti |
787-3: $150,0–155,5 mln 787-8: $161,0–171,5 mln 787-9: $194,0–205,5 mln |
Vikianbarda əlaqəli mediafayllar |
Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir.
Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir[1]. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.[2]
Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.